📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kərimin vəziyyəti ağırdır: nə danışır, nə tərpənir

2021-11-05 10:39:00

Kərimin vəziyyəti ağırdır: nə danışır, nə tərpənir

Kərimin vəziyyəti çox pisdir, necə var, eləcə də düşüb qalıb: nə danışır, nə tərpənir.

Hurriyyet.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən həmkarı Ağakərim Novruzovun səhhətindən danışarkən deyib. O, Kərimin sağlıq durumunun günü-gündən geri getdiyini deyib:

"Müsbət heç nə yoxdur, əksinə, gerilik var. Həkimlər deyir tərpənməsin yerindən, yəni onu bundan sonra harasa aparmaq mümkin deyil".

Meyxanaçı həmkarının gözəl səsi olduğunu xüsusi vurğulayıb:

"Hərdən yanına gedirəm, baxıram, ürəyim ağrayır. Onda olan səs meyxanada heç kimdə yoxdur. Tez-tez də oğlundan soruşuram. Daha o halda da deyil ki, yanına adam gəlsin. Öz dərdi ilə baş-başadır. Amma onun vəziyyəti ilə maraqlananlar çoxdur, dövlət də dəstək olur. Allah kömək olsun, bu sənətdə Kərim bir də yetişər, ya yox, bilmirəm".

Qeyd edək ki, meyxana ifaçısı Ağakərim Novruzov 2017-ci ilin mart ayında insult keçirib.