Kərkükdə İŞİD təhlükəsi – döyüşlər gedir
2022-08-22 14:14:00
Hurriyyet.az Türkiyənin “Sabah” nəşrinə istinadla xəbər verir ki, İraqın Kərkük şəhərinin cənubunda İŞİD terror təşkilatına qarşı aparılan əməliyyat nəticəsində 6 terrorçu zərərsizləşdirilib.
İraq hökumətinə bağlı olan Təhükəsizlik Media Şəbəkəsinin verdiyi yazılı açıqlamaya görə, Kərkük şəhərinin qərbindəki Hemrin dağlarında yuva salmış İŞİD terrorçularına qarşı irimiqyaslı əməliyyat aparılıb.
Hava qüvvələrinin də dəstəklədiyi əməliyyat zamanı İŞİD-in Şəlahəddin şəhəri üzrə qondarma komandanı Əbu Məryəm əl Kahtaninin də arasında olduğu 6 terrorçu öldürülüb. Əməliyyat nəticəsində terrorçulara məxsus çox sayda saxta sənəd, kimlik, silah-sursat ələ keçirilib. Əməliyyat davam edir.
Hürr Tərcüman