📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kərkükdə soydaşlarımızın soyqırımının ildönümüdür - Qırğın tariximiz - VİDEO

2023-03-28 14:02:00

Kərkükdə soydaşlarımızın soyqırımının ildönümüdür  - Qırğın tariximiz - VİDEO

Qanlı 90-cı illərin daha bir yarası

Səddam Hüseyn rejiminin türkmən soydaşlarımıza qarşı törətdiyi qətliamdan 32 il keçir

Hurriyyet.az xəbər verir ki, İraqda, 1991-ci il martın 28-də, Altunköprü qəsəbəsəində Səddam Hüseyn tərəfindən türkmənlərə qarşı törədilən soyqırımının üzərindən 32 il keçir.

Düz 32 il bundan əvvəl aralarında yaşlıların və uşaqların da olduğu102 nəfər İraq türkmən soydaşımız əsasən türkmənlər yaşayan Altınkörpü qəsəbəsində Səddam Hüseyn rejimi qüvvələri tərəfindən qətlə yetiriliblər.

Qəsəbə öz adını Kərkük-Ərbil yolundakı Kiçik Zap çayı üzərindəki eyniadlı körpüdən alıb.

Peşmərgə Kərkükü öz nəzarəti altına almağa çalışmışdı

Körfəz müharibəsi zamanı İraq daxilindəki qarışıqlıq dövründə kürd və şiə qüvvələri bölgədə baş qaldırmağa başlamışdılar. Peşmərgə qüvvələri (hazırda Şimali İraq Kürd Muxtariyyətində fəaliyyət göstərirlər) neftlə zəngin Kərkükü öz nəzarəti altına almağa çalışırdılar.

Səddam rejimi intiqamını türkmənlərdən aldı

İraq ordusu Kərkük üzərinə yürüşə başladığı zaman isə peşmərgələr geri çəkilməyə başlamışdılar. Səddam rejiminin ordusu peşmərgəni tapa bilmədikdə türkmənlərə qarşı əsassız intiqam kampaniyasına başladı. Cavan-qoca demədən Kərkük, Təzəhurmatu və Altunköprü qəsəbəsindən topladıqları 102 nəfər türkməni gülləboran ediblər.

8 yaşlı türkmən uşaq

Şəhidlərin 55 nəfəri Kərkük şəhər mərkəzindən, 15-i Təzəhurmatudan, 32-si Altunkörpüdən, 13 nəfəri isə digər türkmən yaşayış məntəqələrindən gətirilmişdi. Eyni 1990-cı ildə Bakıda, 1992-ci ildə Xocalıda törədilən soyqırımlarında olduğu kimi qoca, qadın, uşaq demədən, sırf milli mənsubiyyətinə görə insanlar qətlə yetirildilər. Şəhid edilən türkmənlərdən 25 nəfərinin yaşı 18-dən aşağı olub. Onların arasında 8 yaşlı Cəmil Süleyman Abbas,  10 yaşlı Kamal Sabir Əhməd  də vardı.

Qeyd edək ki, İraq türkmənləri 1922-ci ildən bəri dəfələrlə soyqırımına məruz qalıblar.

Hürr Tərcüman