📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kərkükdə terror – Türkmən Cəbhəsinin fəalı sui-qəsdin qurbanı olub

2023-03-03 20:10:00

Kərkükdə terror – Türkmən Cəbhəsinin fəalı sui-qəsdin qurbanı olub

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İraq Türkmən Cəbhəsinin (İTC) Təhlükəsizlik İdarəsinin keçmiş başçısı, istefada olan Əhməd Tahir sui-qəsdin qurbanı olub.

İTC-nin rəhbəri Həsən Turan bildirib ki, Əhməd Tahir onun avtomobilinə quraşdırılmış bombanın partlaması nəticəsində şəhid olub.

Turan deyib: “Tahir öz əzmi və sədaqəti ilə bizim mübarizəmizə öz töfhəsini verib. Belə bir şəxsin yoxluğu – bizim üçün böyük itkidir”.

O, İraqın Baş nazirini və İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanını “alçaq və xain” cinayətin təşkilatçılarını aşkara çıxarıb dərhal məsuliyyətə cəlb eləməyə çağırıb. Tahir Əhmədin dəfn mərasimi Kərkük şəhərində keçiriləcək.

Hürr Tərcüman

Bir 2 nəfər şəkili ola bilərBir 10 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər