Kərkükdə türk dili rəsmi dillərdən biri oldu
2023-09-21 14:51:23
Hurriyyet.az TRT kanalına istinadla xəbər verir ki, İraqın türkmənlərin sıx yaşadığı Kərkük şəhərinin rəsmi dairələrində yazılar və küçələrdəki lövhələr artıq türk dilində də yazılacaqdır. Kərkük bələdiyyəsinin və vilayət şurasının qarşısından artıq türk dilində lövhələr asılıb. Bunlar, türk dilinin rəsmi dairələrdə istifadə edilməsində ilk addım olub.
2008-ci ildə verilən qərar illər sonra, 18 sentyabr tarixində qüvvəyə minib.
Kərkükdə türk dili ərəb, kürd, assuriya dilləri ilə yanaşı istifadə ediləcək.
Hürr Tərcüman
