📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

KƏRKÜKDƏ TÜRKMƏN DİLİ RƏSMİ DİLLƏRDƏN BİRİ OLDU!

2023-03-01 22:00:00

KƏRKÜKDƏ TÜRKMƏN DİLİ RƏSMİ DİLLƏRDƏN BİRİ OLDU!

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İraq hökuməti Kərkük vilayətdindəki rəsmi dillərin sırasına İraq türkmən dilini də əlavə edib.

İraqın INA rəsmi informasiya agentliyinin verdiyi xəbərə görə, İraqın Baş naziri Məhəmməd Şiə əs Sudaninin təlimatı ilə Kərkük vilayətində türkməncə ərəb və kürd dilləri ilə yanaşı üç rəsmi yazışma dillərindən biri oldu.

Bu qərar Kərkükdə yaşayan türkmənlərin tələbi ilə verilib.

Bundan əvvəl İraq hökumətinin Baş Katibliyi Kərkükdəki rəsmi yazışmalarda sadəcə ərəb və kürd dillərinin istifadə edilməsi üçün Kərkük valiliyinə göstəriş vermişdi.

Kərkükdə sıx şəkildə yaşayan türkmənlər bu qərarı etirazla qarşılamışdılar.

İraq Türkmən Cəbhəsinin Siyasi Bürosu Baş nazir Məhəmməs Şiə əs Sudaniyə çağırış edərək qərarın ləğv edilməsini tələb edib.

İraq parlamentindəki Türkmən Qrupunun açıqlamasında Kərkükdə türkmən dilinin yox hesab edilməsi qərarının Konstitusiyaya zidd olduğu və qəbuledilməz olduğu qeyd edilmişdi.

Hürr Tərcüman

Büyük ve birleşik Türkmeneli hayal değil' - Polemik Haber

KƏRKÜKDƏ TÜRKMƏN DİLİ RƏSMİ DİLLƏRDƏN BİRİ OLDU!