📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Keşiş Qalstanyanın dərdi xunta rejimi formalaşdırmaqdır" - ELXAN ŞAHİNOĞLU

2024-05-29 12:55:47

"Əslində, Nikol Paşinyan keşişin "erkən seçki istəmirik" ifadəsindən radikallara qarşı istifadə edə bilər"

"Erməni keşiş Baqrat Qalstanyan siyasətdə naşı olduğunu və başından hündürə tullanmaq istədiyini bir daha biruzə verib. Keşiş jurnalistlərdən birinin “hökumət erkən seçkiyə qərar verərsə münasibətiniz necə olacaq” sualına belə cavab verib ki, bu məsələni nəzərdən keçirmirlər. Necə yəni nəzərdən keçirmirsiz? Bəs onda baş nazir Nikol Paşinyanı necə hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz? Adətən müxalifət hakimiyyətin istefasını tələb edəndə paralel olaraq erkən seçkilər tələb edir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun fikrincə, keşiş və onun arxasındakı qüvvələrin dərdi seçki yoluyla hakimiyyətə gəlmək deyil, xunta rejimi formalaşdırmaqdır: "Görünür, seçkidə yenə məğlub olacaqlarını anlayırlar. Əslində, Nikol Paşinyan keşişin “erkən seçki istəmirik” ifadəsindən radikallara qarşı istifadə edə bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az