📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Keşlə" "Sumqayıt"ı MƏĞLUB ETDİ

2021-12-15 23:59:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

"Keşlə" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da oynanılan qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Keşlə" 5-ci pilləyə yüksəlib. 12 xalı olan "Sumqayıt" isə 7-ci sıraya geriləyib.

Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Tura dekabrın 16-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq. \\Qaynarinfo