📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keşlədə sexdə yanğın - Video

2024-12-09 09:06:03

Keşlədə sexdə yanğın - Video

Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində sexdə yanğın baş verib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının dördmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən sexdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 456 kv.m. olan taxta sexinin yanar konstruksiyaları 156 kv.m. sahədə, həmçinin hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 167 kv.m. olan boya sexinin yanar konstruksiyaları yanıb.

Taxta sexinin böyük hissəsi və bina yanğından mühafizə olunub.