📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kılıçdaroğlunun müttəfiqinin "1 verdik, 10 aldıq" sevinci aranı qarışdırdı - FOTO

2023-05-16 20:04:00

Kılıçdaroğlunun müttəfiqinin

Sosial şəbəkədə Səadət Partiyasının GİK üzvü Ümit Çebinin yazdıqları geniş müzakirəı olunur.

DEVA, Səadət, Gələcək və Demokrat partiyalarını siyahısına daxil edərək 13-cü prezident və 28-ci parlament seçkilərinə qatılan CHP-nin 168 namizədi millət vəkilliyi uğrunda mübarizədən qalib ayrılsa da, ittifaqda olan sözügedən partiyaların 34 üzvü istefa verincə, Kılıçdaroğlu tərəfdarlarının parlamentdəki mandat sayı 134-ə enəcək.

Sosial şəbəkələrdə diqqət çəkən isə başqa bir məqamdır. Belə ki, Kılıçdaroğlunun müttəfiqlərindən olan Səadət Partiyasının GİK üzvü Ümit Çebi partiyalarının parlamentdə 1 faiz səslə 10 yer qazanmasının sevincini "Twitter"də bölüşüb. O, "1 verdik, 10 aldıq" tipli paylaşım edib.

Kılıçdaroğlunu “mücahid” elan edən Ümit Çebi ona təşəkkürünü bildirib.

Bir çox sosial media istifadəçiləri Səadət Partiyası GİK üzvü Ümit Çebinin bu paylaşımına şərhlər yazaraq, onu və Kılıçdaroğlunu ələ salıblar. CHP üzvləri də narazılıqlarını açıq şəkildə bildirirlər.

 

Publika.Az