Kılıçdaroğlunun partiyasının rəhbər heyəti istefa verdi
2023-06-02 10:05:00
Hurriyyet.az xəbər verir ki, Türkiyənin prezidentliyə keçmiş namizəd Kemal Kılıçdaroğlunun başçılıq etdiyi müxalifətçi CHP (Cumhuriyet Halk Partisi) partiyasının rəhbər heyəti tam tərkiblə istefa verib. Bu barədə məlumatı partiyanın mətbu orqanı olan “Cumhuriyet” qəzeti verib.
Qərar seçkilər başa çatandan sonra keçirilən ilk iclasda verilib. İclas dörd saatdan artıq müddət ərzində davam edib. Seçkilərin nəticələri və təşkilat məsələləri müzakirə edilib.
Kılıçdaroğlu prezident seçkilərindəki məğlubiyyətinə və partiyasının parlament seçkilərində azlıqda qalmasına (169 yer) rəğmən özü istefa verməyib.
Hürr Tərcüman