Kim Çen: "ABŞ ilə danışıqlara hazırıq"
Hurriyyet.az xəbər verir ki, Kim Çen In Koreya Xalq Demokratik Respubikasının ABŞ ilə danışıqlara hazır olduğunu bildirib. ÇTAK agentliyinin məlumatına görə, Şimali Koreyanın lideri Kim Çen In ölkənin müdafiə qabiliyyətini möhkəmləndirməyin zəruriliyini qeyd eləməklə yanaşı, ABŞ ilə danışıqların mümkün olduğu imkanını da istisna etməyib.
O, bu sözləri 250 ədəd yeni taktiki raket kompleksinin təhvil verilməsi mərasimində söyləyib. Kim Çen deyib: "Danışıqlar da, qarşıdurma da seçimimiz ola bilər. Lakin qarşıdurmaya daha möhkəm hazırlaşmalıyıq".
Kim Çen qeyd edib ki, ABŞ ilə münasibətlərin son 30 illik tarixi KXDR-i belə bir nəticə çıxarmağa vadar edib: güclü hərbi qüvvəyə malik olmaq - suveren dövlətin hüququ və borcudur. O, "ABŞ-ın davam edən düşmənçiliyi səbəbindən" müdafiə gücünü fasiləsiz şəkildə artırmağın zəruri olduğunu qeyd edib. Kim Çen Koreya Xalq Ordusunun hərbi üstünlüynə əmin olduğunu və yeni raket komplekslərinin bir ildən də az müddət ərzində istehsal edildiyini söyləyib.
Hürr Tərcüman