📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kim Çen “Atəş!” əmrini verdi - Ölkənin ən güclü qitələrarası raketi

2023-04-14 13:05:00

Kim Çen “Atəş!” əmrini verdi - Ölkənin ən güclü qitələrarası raketi

Hurriyyet.az “Yeni akit” nəşrinə istinadla xəbər verir ki, Şimali Koreya aprelin 13-də yeni “Hvason-18” qitələrarası ballistik raketini sınaqdan çıxarıb. Sınağa ölkə başçısı Kim Çen In rəhbərlik edib. O bu güclü silahın rəqibləri “məyus edəcəyini”, onların “qorxudan titrəyəcəyini” bildirib. Sınaqda Kim Çenin bacısı, qızı və həyat yoldaşı da iştirak edib.

Şimali Koreya mətbuatının yazdığına görə, raketin birinci pilləsi KXDR-in şərq sahillərindən 10 km, ikincisi isə 335 km məsəfadə suya düşüb.

Raket qatı yanacaqla çalışır. “Hvason-18”-in ölkənin nüvə gücünü ciddi şəhildə artırdığı bildirilir. O, artıq ölkənin ən güclü silahı hesab edilir.

Hürr Tərcüman