📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kim Çen Cənubi Koreyaya tullantı yüklü minə yaxın hava şarı göndərib

2024-06-05 10:26:26

Kim Çen Cənubi Koreyaya tullantı yüklü minə yaxın hava şarı göndərib

Hurriyyet.az xəbər verir ki, Kim Çen Inın rəhbərlik elədiyi Koreya Xalq Demokratik Respublikası qonşu Cənubi Koreya ərazisinə tullantı yüklü daha 600 hava şarı göndərib. Hava şarlarının yükünün içərisində siqaret kötüyündən tutmuş plastik qablaşdırıcılara qədər müxtəlif cür tullantılar olub. "Qardian" ("The Guardian") nəşrinin yazdığına görə, hava şarları yerə enəndən sonra güc strukturlarının əməkdaşları tullantıları toplamağa və yoxlamağa başlayıblar.
Yerli hərbçilərin məlumatına görə, təxminən saatda 20-50 şar göndərilirmiş. Şarlar Cənubi Koreyanın şimal rayonlarında, o cümlədən Seulda yerə enib.
Şimali Koreya tullantı yüklü şarları bu həftədən göndərməyə başlayıb. Bunu səmimi hədiyyə və Cənubi Koreyanın göndərdiyi təbliğatçı materiallarla yüklənmiş hava şarlarına cavab adlandırıblar.
Aksiya başlanandan bəri Pxenyanın qardaş ölkəyə artıq 900 ədədə qədər tullantı yüklü şar göndərdiyi xəbər verilir.
Hürr Tərcüman