📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kim Çen In ABŞ-a xəbərdarlıq etdi – qitələrarası raket atıldı

2023-12-19 09:23:32

Kim Çen In ABŞ-a xəbərdarlıq etdi – qitələrarası raket atıldı

Hurriyyet.az xəbər verir ki, Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası “Hvason-18” qitələrarası ballistik raketini sınaqdan keçirib. Raketin 4415 saniyə ərzində 6518,2 km yüksəkliyə qalxaraq 1002,3 km məsafə qət elədiyi bildirilir. Açıqlamada deyilir: “Raket hədəf akvatoriyaya tam dəqiqliklə düşüb”.

KXDR-in lideri Kim Çen deyib: “Hvason-18” qitələrarası ballistik raketinin uğurlu sınağı – ABŞ-ın Pxenyana qarşı səhv qərar verəcəyi halda –  Şimali Koreyanın nəyə hazır olduğunu göstərdi”.

Hürr Tərcüman