📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kim Çen In Çinə getdi

2026-10-24 14:24:24

Kim Çen In Çinə getdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In Çinin sərhəd şəhəri Danduna gəlib.

Modern.az xəbər verir ki, bu barədə bu gün "Yonhap" agentliyinə hökumətdəki mənbə məlumat verib.

Səfər iki ölkəni birləşdirən Yalu çayı üzərindəki yeni açılmış körpü vasitəsilə həyata keçirilib.

Digər təfərrüatlar açıqlanmır.

Bu, onun 2025-ci ilin sentyabrında Çin xalqının yapon işğalçılarına qarşı müqavimət müharibəsində Qələbəsinin 80 illiyi münasibətilə Pekində keçirilən və Çin Sədri Si Cinpinlə ali səviyyədə görüş keçirdiyi hərbi paradda iştirakından sonra bu ölkəyə ilk səfəridir.

Xatırladaq ki, bir neçə gün əvvəl Kim Çen İnin ölüm xəbəri yayılmışdı. Onun beyin qanaması keçirdiyi, komaya düşdüyü  iddia olunurdu.