📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Kim Çen In öldürülərsə, Şimali Koreya dərhal nüvə zərbəsi endirəcək"

2022-09-10 15:10:00

“Kim Çen In öldürülərsə, Şimali Koreya dərhal nüvə zərbəsi endirəcək

Şimali Koreyanın (KXDR) nüvə raketləri ölkə lideri Kim Çen Inın öldürülməsi halında avtomatik olaraq buraxılacaq.

Bu barədə “Politico” yazır.

Məlumata görə, bu məqam KXDR-in nüvə siyasəti ilə bağlı yeni fərmanında əksini tapıb.

Sənədə əsasən, hücum nəticəsində dövlətin nüvə komandanlığı və idarəetmə sisteminə təhlükə yaranarsa, düşmən qüvvələrini, o cümlədən təxribatın başlanğıc nöqtəsini məhv etmək üçün avtomatik və dərhal nüvə zərbəsi endiriləcək.

Şimali Koreya sentyabrın 9-da özünü rəsmi olaraq nüvə dövləti elan edib. Kim Çen Inın sözlərinə görə, Şimali Koreya heç vaxt nüvə silahından əl çəkməyəcək.

Azpost.info