Kim Çen In yeni raketi sınaqdan keçirdi - Foto
2023-08-21 10:10:34
KXDR lideri Kim Çen In Koreya Xalq Ordusunun Hərbi Dəniz Qüvvələrinin gəmisində qanadlı raketlərin buraxılmasını yoxlayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə, raketlərin buraxılması KXDR-in “əsl müharibədə tapşırıqların yerinə yetirilməsinə yönəlmiş” hərbi təlimləri çərçivəsində həyata keçirilib. Bildirilir ki, sınaqlar zamanı “gəmi bircə səhvə də yol vermədən bütün hədəfləri vurub”.
