📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kim Çen Inın bacısı Ukraynanı təhqir etdi

2024-10-22 14:20:49

Kim Çen Inın bacısı Ukraynanı təhqir etdi

Hurriyyet.az xəbər verir ki, Kim Çen Inın bacısı Ukrayna ilə Cənubi Koreyanı təhqir edərək "ABŞ-ın tərbiyəsiz köpəkləri" adlandırıb.
Koreya Xalq Demokratik Respublikasının Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavini, KXDR-in lideri Kim Çen Inın doğma bacısı Kim Yo Çjon Cənubi Koreya ilə Ukrayna barəsində təhqirli ifadələr işlərib.
TASS informasiya agentliyinin verdiyi xəbərə görə, onun söylədikləri Koreyanın Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc edilib.
Kim Yo Çjon deyib: "Boş-boşuna vurnuxan, dilənən və nüvə silahı olan ölkələrə qarşı ağzına gələn cəfəngiyyatı danışmağa cəsarət edən Seul ilə Kiyevin davranışına baxdıqda onların iki damla su kimi eyni olduğu görünür. Bunları ABŞ-ın yetişdirdiyi tərbiyəsiz köpəklərə məxsus ümumi cəhətlər adlandırmaq lazımdır".
Hürr Tərcüman