Kim Çen Inla bağlı ŞOK MƏLUMAT - Şimali Koreya bu həqiqəti gizlətməyə çalışırdı
Cənubi Koreya kəşfiyyatı Şimali Koreya lideri Kim Çen Inın səhhəti ilə bağlı yeni və diqqətçəkən məlumatlar yayıb.
hurriyyet.media xəbər verir ki, kəşfiyyatın məlumatına görə, Kim Çen In 140 kiloqramdan çox çəkiyə malikdir və ağır piylənmədən əziyyət çəkir.
Bildirilir ki, tütün aludəçiliyi ilə yanaşı, Pxenyan rəhbərində ürək-damar xəstəliklərinin yaranması riski də son dərəcə yüksək olaraq qalır.
Bununla belə, Cənubi Koreya kəşfiyyatı etiraf edib ki, Kim Çen In pilləkənlərlə qalxmaq da daxil olmaqla, gündəlik fiziki aktivlik zamanı hər hansı görünən çətinlik çəkmir.
"Həkimlərin qiymətləndirməsinə əsasən, şəxsi tibbi heyətinin diqqətli və daimi nəzarətini nəzərə alsaq, hazırda onun səhhətində ciddi problem əlamətləri müşahidə olunmur", - deyə Seuldan verilən açıqlamada vurğulanıb.