Kim Çen Putinə Rusiyanın dərdinə şərik olduğunu bildirib
2024-04-08 09:50:13
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Orenburq vilayətinin sel suları altında qalması ilə əlaqədar RF Prezidenti Vladimir Putinə təəssüfləndiyini bildirib. Kim Çen Rusiya hökumətinə və xalqında "bu təbii fəlakətin nəticələrini tez bir zamanda aradan qaldırmağı" arzulayıb.
Cümə günü Orskda Ural çayının üzərindəki torpaq bənd aşıb, şəhərin bir hissəsi, o cümlədən 6 mindən artıq ev su altında qalıb. Şəhərin iki mindən artıq sakini təxliyyə olunub.
Hürr Tərcüman