Kim Çen Şoyqunu Şimali Koreya dronları ilə tanış edib
Hurriyyet.az xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Rusiyanın Müdafiə naziri Sergey Şoyqunu Şimali Koreyanın yeni dronlar ilə tanış edib. Qərb mətbuatının yazdığına görə, həmin pilotsuz uçuş aparatları xarici görünüşcə ABŞ dronlarına bənzəyirlər. Bannerlərdə dronların iki növünün uçuş zamanı çəkilən şəkillərinin əks olunması bu aparatların artıq sınaqdan keçirildiyini isbat edir.
Cənubi Koreyanın “Ryonhap” agentliyinin yazdığına görə, dronlardan biri ABŞ-ın “RQ-4 Global Hawk” modelli kəşfiyyat PUA-sına, digəri isə ABŞ-ın “General Atomiks” şirkətinin istehsalı olan “MQ-9 Reaper” modelli kəşfiyyat və hücum dronuna bənzəyir. Agentliyin məlumatına görə, Şimali Koreya bu dronları hazırlamaq üçün haker hücumları nəticəsində əldə edilmiş informasiyadan istifadə edə bilər.
Hürr Tərcüman