📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kim Çendən Putinə musiqili jest

2024-06-19 23:07:50

Kim Çendən Putinə musiqili jest

Şimali Koreyanın paytaxtı Pxenyanda Rusiya prezidenti Vladimir Putinin şərəfinə qala-konsert keçirilib.

Burada rus mahnılarının qarışığı, o cümlədən SHAMAN-ın "Ayağa qalxaq" və Rusiya prezidentinin sevimli qrupu sayılan Lyube qrupunun "Volqadan Yeniseyə" kompozisiyaları səslənib.

Konsertin lap əvvəlində KXDR və Rusiyanın himnləri səsləndirilib, KXDR hərbi orkestri çıxış edib.

SHAMAN mahnısını Şimali Koreyalı müğənni Kim Ok-ju ifa edib. İfa zamanı Rusiya prezidenti, o nun ardınca Kim Çen In, sonra isə bütün zal ayağa qalxıb.

Konsertdə Şimali Koreya kompozisiyaları da səsləndirilib.

Sənətçilər həmçinin müharibə illərinin sovet mahnılarını, Oleq Qazmanovun və Qriqori Lepsin bəstələrini rus dilində ifa ediblər.

Rusiya prezidenti iyunun 18-də Şimali Koreyaya iki günlük səfərə gəlib. Bu gün, iyunun 19-da iki ölkə liderləri iki saata yaxın danışıqlar aparıb və üzbəüz danışıblar. Görüşün nəticəsi olaraq iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. \\BakuPost