Kim Çeni Kim Çju əvəz edəcək
Hurriyyet.az xəbər verir ki, Şimali Koreya dövlətinin başçısı Kim Çen Inın xələfinin kim olacağı barəsində məlumat yayılıb.
"Yonhap" agentliyi Cənubi Koreyadakı xüsusi xidmət orqanlarına istinadla Kim Çenin doğma qızı Kim Çjunu öz vəzifəsinə namizəd kimi hazırladığını xəbər verib.
Məlumata görə, Kim Çju E müntəzəm şəkildə hazırlıq keçir. Artıq neçə ildir ki, o, ictimai tədbirlərdə atası ilə birlikdə iştirak edir.
Jurnalistlər Kim Çen Inın öz ailəsini xarici müşahidəçilərdən gizlətməyə çalışdığını, buna görə də həyat yoldaşı Li Sol Çju və Kim Çju E də daxil olmaqla, üç övladı barəsində praktiki olaraq heç bir məlumatın olmadığını söyləyirlər.
Hətta bu qızın adı da Qərbdə yalnız amerikalı basketbolçu Dennis Rodmanın söhbətlərindən bəlli olub - 2013-cü ildə basketbolçuya Kim Çenin ailəsinə qonaq olmaq icazəsi verilmişdi.
Kim Çju Enin hazırda 11-12 yaşlarında olduğu güman edilir.
Hürr Tərcüman