📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kim Çenin bacısı ABŞ ilə Cənubi Koreyaya xəbərdarlıq edib

2021-08-10 17:27:00

Kim Çenin bacısı ABŞ ilə Cənubi Koreyaya xəbərdarlıq edib

Hurriyyet.org xəbər verir ki, Kim Çenin bacısı Kim Yo Çjon ABŞ ilə Cənubi Koreyaya birgə hərbi təlimlər keçirməmələri ilə bağlı xəbərdarlıq edib və onları güclü cavab zərbəsinin endiriləcəyi ilə təhdid edib. Kim Yo Çjonun sözlərinə görə, istənilən hərbi təlim təcavüz aktı və nüvə müharibəsinə hazırlıqdır, Seul ilə Vaşinqton isə düşməncəsinə və xain siyasət yürüdürlər.

Kim Yo Çjonun bəyanatından əvvəl, Cənubi Koreya mətbuatında Cənubi Koreya ilə ABŞ-ın növbəti təlimlərə başladığı xəbəri dərc edilib. ABŞ Şimali Koreyadan gələn təhdidlərin qarşısını almaq məqsədi ilə Cənubi Koreyada 28,5 min hərbçi yerləşdirib.