📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Kim deyir ki, orada Rusiya FTX-sı dayanacaq?” - Paşinyanın müavini Zəngəzur dəhlizindən danışdı

2023-06-21 17:53:00

“Kim deyir ki, orada Rusiya FTX-sı dayanacaq?” - Paşinyanın müavini Zəngəzur dəhlizindən danışdı

“Ermənistan ərazisindən keçən bütün marşrutlara birmənalı olaraq, Ermənistan qanunvericiliyinə uyğun şəkildə nəzarət ediləcək”. 

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan yerli mətbuata açıqlamasında deyib.

Zəngəzur dəhlizinə Rusiya FTX-sının nəzarət edəcəyi barədə suala Qriqoryan ziddiyyətli cavab verib: “Kim deyir ki, orada FTX dayanacaq?  Birincisi, əgər 9 noyabr sazişini nəzərdə tutursunuzsa, nədən söhbət getdiyini anlatmaq üçün gəlin FTX tərkibindəki sərhəd qoşunlarından danışaq. İkincisi, hələ onların fuhksiyalarının reallaşdırılması forması ilə bağlı müzakirələr aparılmalıdır”.

AzPolitika.info