“Kim haranı istəyir sökür, boğaza yığıldıq” - VİDEO
2023-03-10 19:59:00
Aparıcı Vüsalə Əlizadə yolların tez-tez təmir olunmasından narahatdır.
Hurriyyet.az olay-a istinadən xəbər verir ki, video paylaşan Əlizadə günorta vaxtı yolda aparılan bərpa işlərindən gileylənib:
"Günün günorta çağı bu nə deməkdir? Bir qarış yeri qırlayacaqlar deyə, 1 saat 10 dəqiqədir tıxacda nəfəsimiz kəsildi! Zatən stresli həyatımız bitmir, bu yollardan çəkdiyimiz nədir?Bu işə müəyyən bir saat ayrıla bilməz? Kim haranı istəyir sökür, boğaza yığıldıq".