📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kimsə Avropaya deyəcəkmi ki, ucuz həyat dövrü bitdi yaxud qlobal bahalaşma nəyə gətirəcək? Qlobal hökumətə keçidə?

2022-04-29 14:06:00

Kimsə Avropaya deyəcəkmi ki, ucuz həyat dövrü bitdi yaxud qlobal bahalaşma nəyə gətirəcək? Qlobal hökumətə keçidə?

"The New York Times" yazır ki, avropalılara həqiqəti deməyin vaxtı gəldi. Onlara demək lazımdır ki, yaxşı həyat bitdi, baha qiymətlə artıq həmişəlikdir. İndi Avropanın orta sinfini artıq rəsmi olaraq sıradan çıxaracaqlar. 
“The Times” yazır ki, avropalılar yeni həyat şərtlərindən getdikcə daha çox qəzəblənirlər. Ancaq heç kim onlara bahalaşmış ərzaq və enerji qiymətlərinin əbədi olduğunu söyləməyə cəsarət etmir. Bunun əvəzinə rəsmilər avropalılardan Kremlin neft və qaz gəlirlərinin azaldılmasına “töhfə” vermələrini xahiş edirlər. Yəni dolayı yolla Avropa toplumuna aşılayırlar ki, Rusiyadan qaz asılılığından azad olmaq lazımdır. Məhsul və xidmətlərin bahalaşmasının günahını Rusiyadan qaz və neftə qoyulan sanksiyaların üstünə atırlar, əslində isə Rusiya neft və qazını satmağa davam edir. Üstəlik bunun üçün "Şimal axını 2"ni də ərsəyə gətirdi. Demək ki, "iş Rusiyalıq deyil".
Qoca qitədə qiymətlər yüksəlir və hökumət insanların qəzəbli reaksiyasını göz önünə alaraq  barədə açıq danışmağa cürət etmir.
Avropa supermarketlərində demək olar ki, hər həftə ərzaq qiymətləri qalxır. Ukraynadakı hərbi münaqişə onsuz da sürətlə artan elektrik ödənişlərinin üstünə gəlib. İnflyasiya bir neçə şanslı adamın aldığı maaş artımını dərhal yeyir.
Cəmiyyət yaşayış qiymətlərinin artmasına görə getdikcə daha çox hiddətlənir və hökumət üzvləri dəymiş ziyanı azaltmağa çalışır. Lakin yüksək ranqlı Avropa rəsmiləri bunun əksini deyirlər. Onlar iddia edirlər ki, Avropa qida və yanacaq kimi iki əsas ehtiyacın bir nəsil üçün çox ucuz olduğunu etiraf etməlidir və buna görə də hökumət liderləri vətəndaşlara həqiqəti söyləməli və siyasi reaksiyaya hazırlaşmalıdırlar.
Avrozona yaz inflyasiya rəqəmləri qaranlıq görünür. İllik inflyasiya 7%-i ötür və enerji qiymətlərindəki 44% artım ərzaq qiymətlərini artırır. Rusiya-Ukrayna müharibəsilə Avropalı istehlakçılar Rusiyadan yanacaq idxalından imtina etdilər. Müharibənin ikiqat zərbəsi avropalılara dəydi və Avropanın karbonsuz enerjiyə keçidi qiymət artımını sürətləndirdi.
Enerji xərclərinin artması, o cümlədən kənd təsərrüfatında qazın qiymətlərinin altı dəfə artması ərzaq qiymətlərini daha da artırdı. Ukraynadakı hərbi əməliyyat isə buğda və bitki yağı kimi əsas kənd təsərrüfatı mallarının tədarükünü pozub. Bu domino effekti yarandı və bütün təchizat zəncirləri çöküşə məruz qaldı.
Aİ ölkələrində ötən ilin mart ayından yumşaq buğdanın qiyməti 64,6%, bitki yağı hazırlanan kolzanın qiyməti isə 77,8% artıb. Günəbaxan yağı qıtlığı var idi, çünki bu məhsulun dünya ixracının 73%-i Rusiya və Ukraynanın payına düşür.
Bütün Avropa İttifaqı üçün enerji siyasətini hazırlayan Avropa Komissiyası hesab edir ki, enerji qiymətlərindəki artımına uzun müddətdir hazırlıq gedir və qaçılmaz reallıqdır. Enerji siyasətinə cavabdeh olan Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermansın aparat rəhbəri Diderik Samson xəbərdarlıq edib ki, indiyədək yaşayış minimumu ətraf mühit və Rusiyanın qalıq yanacaqlarının idxalı hesabına əldə edilib.
Samson etiraf edib ki, heç kim seçicilərə eyni həyat səviyyəsini saxlamaq mümkün olmadığını və qiymətlərin həmişəlik yüksək olduğunu ucadan söyləməyə cəsarət etmir: "Bəli, enerji indi çox daha baha olacaq. Son 40 ildə o, çox ucuz idi" ifadələri ilə o, bu yaxınlarda Brüsseldə "Brueghel Araşdırma Mərkəzi"ndə keçirilən görüşdə dövlətləri "tabu" ilə mübarizə aparmağa çağırıb.
"Bu, bizim üçün faydalı idi və biz Yer planetinin hesabına çox böyük sərvət topladıq. İndi başa düşürük ki, Rusiyadan asılılıq geosiyasi tarazlığa zərər verirdi. Bu vəziyyət düzəldilməlidir. Bu məqsədlər üçün biz enerjiyə, eləcə də qidaya daha çox pul ödəməliyik. İki vacib şərt qida ilə enerjidir və biz son 40 ildə onlar üçün çox az pul ödəmişik”, deyə Samson bildirib. Pandemiyada müəssisələr üçün maliyyə yardımlarından sonra AB və avrozonanın xərcləmə qaydaları tənqid atəşinə tutulur və məmurlar hökumətin yanacaq xərcləri ilə digər xərcləri azaltmaq üçün subsidiyalarının Avropada yeni borc böhranına səbəb olacağından qorxurlar.
Avropanın bir çox ölkəsi, xüsusən də İspaniya, İtaliya, Portuqaliya və Yunanıstan öz həyat standartlarını Avropa standartlarına yüksəltmək üçün 10 ildən çox vaxt aparıblar. Ancaq sonra pandemiya hamını "vurdu" və indi bunun üstünə daha bir tənəzzülə səbəb ola biləcək yaşayış qiymətlərinin bahalaşması əlavə edildi.
Bu gün Belçikadan gələn rəqəmlər göstərir ki, insanlara elektrik enerjisi haqqını ödəməyə kömək etmək üçün nəzərdə tutulan əlavə dəyər vergisi endirimləri heç bir təsir göstərməyib, qiymətlər bu tədbirlər görüləndən cəmi bir ay sonra artıb. Vergi tətilləri orta hesabla ailənin xərclərini ildə 237 avro azaldıb, lakin aprel qiymət artımından sonra ödəniş sənədlərindəki məbləğlər 450 avro arta bilər.
Yazda yanacaq və enerji qiymətlərinin artmasına qarşı İtaliya və İspaniyada etirazlar baş verdi. Və bu həftə sonu Fransada keçirilən prezident seçkilərində əsas məsələ bahalaşma oldu. Beləliklə öncə pandemiya, ardınca isə Ukrayna-Rusiya savaşı qlobal bahalaşmaya gətirdi ki, bunun da sonu planetin hətta firavan ölkələrində də əhalinin gəlirlərinə, xərclərinə görə kəskin qütbləşməyə-imtiyazlı aöalara və müti rəiyyətə bölünməsilə nəticələnəcək. Əlbəttə qaçılmaz sonuclardan biri də aclığın tətiklənməsidir ki, nəticə vətəndaşların milli dövlətlərinə qarşı üsyanla bitsin, vəziyyət idarəolunmaz hala gəlsin, sonda isə ac, yaşaya bilməyən insan kütlələrini dövlətlərin əlindən alıb onları qlobal dövlətin idarəçiliyinə vermək ictimai asayişin ən optimal çıxış yolu olsun. Hər şey domino effekti ilə gedir...    
Ülviyyə, Hurriyyet.az