Kimsəni Rusiya bazarından qovmamışıq - Putin
2023-06-16 17:33:00
Heç kimi Rusiya bazarından qovmamışıq. Hər kəsin öz seçim hüququ var.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı (SPİEF-23) plenar iclasda çıxışı zamanı deyib.
“Yaxşı bilirsiniz ki, heç vaxt öz bazarımızdan kimisə qovmamışıq. Hətta əksinə, onlara bütün müsbət və mənfi cəhətləri ölçüb-biçmək, rusiyalı tərəfdaşlar və belə bir addımın mümkün nəticələri barədə diqqətlə düşünmək təklif olunub. Hər bir tərəfdaşımızın seçim hüququ var idi”, - Putin bildirib./axar.az/