Kipr hökuməti Qarabağı tərk edən erməniləri qəbul etməyə hazırdır – BƏYANAT
Kipr hökuməti Qarabağ ermənilərinə təcili humanitar yardım göstərməyə hazırdır və erməni qaçqınların ölkədə yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.
Hurriyyet.az xəbər verir ki, bu barədə Kipr Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Kipr Respublikası erməni xalqı üçün açıq kanallar saxlayır. Bu çərçivədə Kipr hökuməti minlərlə Qarabağdan qovulmuş, öz ata-baba yurdlarını tərk edən ermənilərə təcili humanitar yardım göstərməyə hazırdır. Bununla bağlı, ehtiyac yaranarsa, bir sıra erməni qaçqın ölkəmizdə yerləşdirilməsi imkanları da nəzərdən keçirilir”, - deyə məlumatda qeyd olunub.
Xarici İşlər Nazirliyi həmçinin ənənəvi türk düşmənçiliyinin davamı olaraq, Azərbaycanın 19 və 20 sentyabr tarixlərində keçirdiyi hərbi əməliyyatı və “9 noyabr 2020-ci il tarixli atəşkəs sazişinin kobud şəkildə pozulmasını” pisləyib.
AzPolitika.info