Kipr, Yunanıstan və İsrail Avropaya qaz tədarükü üçün işbirliyində
2023-09-05 16:17:46
Kipr, Yunanıstan və İsrail Avropaya qaz tədarükü üçün enerji dəhlizinin inşasında maraqlı olduqlarını təsdiqləyiblər.
Belə ki, üç ölkə liderləri Lefkoşa sammitinin yekunlarına dair birgə bəyanatda bildiriblər. Baş nazir Netanyahu bildirib ki, İsrail və Kipr İsrail qaz ehtiyatlarının ada vasitəsilə Avropaya ixracı üçün çalışırlar. Lefkoşa dənizdəki təbii qazı İsraildən Kiprə nəql etmək üçün boru kəmərinin tikintisini nəzərdən keçirir və bu qaz daha sonra dəniz yolu ilə ixrac üçün mayeləşdiriləcək.
Ülviyyə, Hurriyyet.az