📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kirayə haqlarında artım qeydə alınıb

2026-08-12 16:42:23

Kirayə haqlarında artım qeydə alınıb

2026-cı ilin iyun ayında icarəçi tərəfindən ödənən icarə haqları illik əsasda 7.4% artıb.

Hurriyyet.Media  bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.

Qeyd olunur ki, aylıq əsasda isə 0.3% artım qeydə alınıb.

Dövlət Statikstika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin II rübündə mənzil bazarında qiymət ötən ilin müvafiq dövrünə nəzərən 8.6% artıb.

İlkin mənzil bazarında qiymət artımı bu dövrdə 12.4%, təkrar mənzil bazarında isə 8.6% yüksəlib.