📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

KİRAYƏ MƏNZİLLƏRİN QİYMƏTİNDƏ CİDDİ ARTIM - Ekspert: “Bu tarixdən qiymətlər ucuzlaşacaq…”

2024-08-26 13:20:17

KİRAYƏ MƏNZİLLƏRİN QİYMƏTİNDƏ CİDDİ ARTIM - Ekspert: “Bu tarixdən qiymətlər ucuzlaşacaq…”

Artıq bir neçə ildir ki, kirayə mənzillərin qiymətlərində ciddi artım müşahidə olunur. Demək olar ki, kirayə mənzil bazarında ucuz mənzil tapmaq mümkün deyil. Bəs kirayə mənzillərin qiymətinin artmasına səbəb nədir?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Hürriyyət”ə bildirdi ki, hər il tələbəbə axını ilə bağlı olaraq kirayə mənzil bazarında qiymətlərin artımını müşahidə edirik. Bu ildə bu proses baş verəcək.

“Artıq müraciətlərin sayının artımı müşahidə olunur. Eyni zamanda, bu, təbii ki, qiymətlərdə də özünü göstərir. Bəzi səbəblər var. Səbəblər sırasında əsas yataqxanaları qeyd etmək olar. Tələbə yataqxanaları demək olar ki, yox səviyyəsindədir. Sayları çox məhduddur. Şəraitsiz vəziyyətdədir. Ona görə, rayondan gələn tələbələrin əksəriyyəti məcbur olub, alternativ variant kimi kirayə məznilləri seçir”.

Ekspert qeyd edir ki, mənzil bazarındakı qiymət artımının əsas səbəbi makro iqtisadi amillərlə bağlıdır: “Bütün dünyada baş verdiyi kimi, Azərbaycanda da ilbəil daşınmaz əmlak qiymətlərində artım baş verir. Eyni zamanda, təbii ki, şəhərsalma və infrastrukdur lahiyələrinin icrası ilə əlaqəli olaraq Bakı şəhərində çox böyük, geniş miqyaslı söküntü və mənzil tikintisi işləri həyata keçirilir. Söküntü əsasən kirayə mənzil bazarında təklifə çıxarılan kirayə mənzillərin sayının azalmasına təsir göstərir”.

Ekspert vurğulayır ki, yeni tikililərdə qiymətlər köhnə tikililərdən kəskin fərqlənir:

“Yeni tikililərin bazarda sayı artdırdıqca, təbii ki, bu, kirayə mənzil bazarında orta qiymətlərə də ciddi təsir göstərir. Bütün bunlar kirayə mənzil bazarı üçün qiymət artımını şərtləndirən amillərdir. Qısa dövrü əhatə etsə də, bu, hər il baş verir. Yəqin ki, senytabr ayının ikinci ongünlüyünə qədər bu proses davam edəcək. Ondan sonra qiymətlərin sabitləşməsi baş verəcək”.

Aynurə İSMAYIL

Hurriyyet.az