📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kişi və qadın salonlarında qiymətlər BAHALAŞDI

2024-01-06 23:54:57

Kişi və qadın salonlarında qiymətlər BAHALAŞDI

Gözəllik salonlarında qiymətlər xeyli artıb.

Hurriyyet.az xəbər verir ki, salonlar yeni ilə yeni qiymətlərlə başlayıb. Bir müddət əvvəl 10 -15 manata olan saç kəsimi hazırda 20-25 manata edilir. Qiymət artımı bütün xidmətlərə şamil olunur. Salon işçiləri artıma səbəb kimi istifadə edilən məhsul və ləvazimatların bahalaşmasını göstərirlər.

Qiymət artımı təkcə xanımlara təsir etməyəcək. Kişi salonlarındakı xidmətlərdə də bahalaşma var.

Salon işçilərinin sözlərinə görə, qiymətlərin qalxması müştərilərin haqlı narazlığına və azalmasına səbəb olub.

Daha ətraflı "Xəzər Xəbər"in süjetində: