📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kisida Qazaxıstan ilə Özbəkistana səfərlərini ləğv etdi

2024-08-09 09:35:15

Kisida Qazaxıstan ilə Özbəkistana səfərlərini ləğv etdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiyanın Baş naziri Fumio Kisida Qazaxıstan ilə Özbəkistana səfərlərini ləğv edib. Onun bu qərarı verməyinin səbəbi Yaponiya adaları ərazisində güclü zəlzələ təhlükəsidir.
Kisida Orta Asiya dövlətlərinin liderlərinin Qazaxıstanda keçirilən görüşünə dəvət olunmuşdu.
Orta Asiya ölkələrinə və Monqoliyaya səfərlərinin ləğv olunduğunu baş nazir özü jurnalistlərə bildirib.
Hürr Tərcüman