📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kişilər rəfiqənizlə, qonşunuzla xəyanət edirlər"

2022-02-01 21:26:00

Tanınmış aparıcı Rövşanə Bektaşi MTV-də yayımlanan "Tarixin bir günü" verilişindəki çıxışı ilə diqqət çəkib.

O, meyxanaçı Samirə Mustafayevanın ağlamasına irad bildirib.

"Bir kişi üçün ağlamağa, sızlamağa dəyməz. Ayağını yerə vur. Sənin üçün ağlasınlar. Kişilərə bağlanmayın. Xəyanət edənlərə bağlanmayın. Kişilər rəfiqənizlə, qonşunuzla, dostunuzla xəyanət edirlər. Dəyərinizi bilməyən kimsə üçün göz yaşı müqəddəsdir, onu tökməyin. Zərrə qədər də olmaz", - deyə, Rövşanə söyləyib. \\Olay