📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kişilərin olmadığı həbsxanada qəribə hadisə - 2 qadın hamilə qaldı

2022-04-16 22:52:00

Kişilərin olmadığı həbsxanada qəribə hadisə - 2 qadın hamilə qaldı

ABŞ-ın Nyu Cersi ştatında qəribə hadisə baş verib.

800 qadının həbsdə olduğu həbsxanada 2 qadın hamilə qalıb. Kişi olmayan həbsxanada qadınların necə hamilə qalması isə maraq doğrub.

Araşdırmalar nəticəsində uşaqlarının atalarının eyni həbsxanada transseksual olduğu üzə çıxıb.

Penitensiar Müəssisə NJ.com-a bildirib ki, naməlum məhbuslar Edna Mahan İstintaq Təcridxanasında "başqa məhbusla razılaşdırılmış cinsi əlaqədə olduqdan sonra" hamilə qalıblar.

Qeyd edək ki, Nyu Cersidə trans qadınların Cersi İslah Müəssisəsində yerləşdirilməsi üçün cinsiyyətinin dəyişdirilməsi əməliyyatı keçirmələrinə ehtiyac yoxdur və sözügedən həbsxanada 27-si trans qadın olmaqla 800-dən çox məhbus var./Ölkə.az/