📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kişinyov hava limanında bomba təhlükəsi - Boşaldıldı

2026-10-02 21:18:46

Kişinyov hava limanında bomba təhlükəsi - Boşaldıldı

Bomba təhlükəsi səbəbindən polis Kişinyov hava limanında təxliyə barədə göstəriş verib.

Hurriyyet.net xəbər verir ki, bu haqda Moldova Sərhəd Polisi mətbuat xidmətinin məlumat yayıb.

“Kişinyov Beynəlxalq Hava Limanında (Eugen Doqanın adını daşıyan) bomba təhlükəsi elan edilib. Sərhəd polisi əməkdaşları dərhal sərnişinlərin və işçilərin hava limanı binasından təxliyəsinə başlayıblar”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti əlavə edib ki, Daxili İşlər Nazirliyinin xüsusi bölmələri hadisə yerinə göndərilib.