📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsini ölkəmizdə ilk dəfə nəşr etdik” - Şəmil Sadiq + FOTO

2026-03-04 14:01:51

“Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsini ölkəmizdə ilk dəfə nəşr etdik” - Şəmil Sadiq + FOTO

 

Tanınmış naşir və ictimai xadim Şəmil Sadiq “Kitabi-Dədə Qorqud” dastanının Vatikan nüsxəsinin Azərbaycanda ilk dəfə nəşr olunduğunu açıqlayıb.

Ş.Sadiq bildirib ki, XVI əsrdə köçürülmüş və hazırda Vatikan Apostol Kitabxanasında qorunan nüsxə ilk dəfə əski əlifbadan müasir Azərbaycan əlifbasına çevrilərək oxuculara təqdim edilir.

“‘Kitabi-Dədə Qorqud’ dastanının Vatikan nüsxəsini ölkəmizdə ilk dəfə nəşr edən naşir kimi qürurluyam”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bir müqəddimə və altı boydan ibarət olan, “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adı ilə tanınan bu nüsxə Oğuz igidlərinin qəhrəmanlığını, şərəfini, mərdliyini, sevgi və ailə dəyərlərini özündə əks etdirir.