📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

KİV: ABŞ İrana gizli şəkildə "Starlink" terminalları göndərib

2026-02-12 22:50:14

KİV: ABŞ İrana gizli şəkildə

İrandakı etirazlardan sonra Tramp administrasiyası internet məhdudiyyətlərini aradan qaldırmaq üçün gizli şəkildə İrana təxminən 6000 “Starlink” peyk internet terminalı göndərib.

Telegraf xəbər verir ki, bu barədə “Wall Street Journal ” (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Dövlət Departamenti təxminən 7000 cihaz alıb ki, bunların da əksəriyyəti yanvar ayında olub. Nəşr qeyd edir ki, bu, İran hökumətinin əleyhdarlarına internet bloklanmasını aradan qaldırmağa kömək etmək üçün edilib.

2025-ci ilin dekabr ayının sonlarında İran milli valyutasının devalvasiyası nəticəsində başlayan kütləvi etiraz dalğası zamanı on mindən çox insan öldürülüb.