KİV: Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının nümayəndələri avqustun 30-da görüşəcəklər
2022-08-25 14:09:00
Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyasının nümayəndələrinin görüşəcəyi tarix açıqlanıb.
Hurriyyet.az “Sputnik Armenia”ya istinadən xəbər verur ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib.
Qeyd olunub ki, komissiya rəhbərləri Şahin Mustafayev və Mher Qriqoryan avqustun 30-da görüşəcəklər.
Qeyd edək ki, daha əvvəl görüşün Moskvada keçiriləcəyi barədə məlumat verilmişdi.