KİV: “İsveç NATO-ya daxil olmaq üçün müraciət edəcək”
Hurriyyet.az “Lenta.ru” portalına istinadla xəbər verir ki, İsveçin Baş naziri Maqdalena Anderson NATO-ya daxil olmaq üçün müraciət edəcəkləri tarixi müəyənləşdirib.
Anderson İsveçin NATO-ya daxil olması üçün 2022-ci ilin iyun ayında ərizə ilə müraciət eləmək niyyətindədir. Bu barədə xəbəri İsveç hökumətindəki mənbələrə istinad edən “Svenska Dagbladet” nəşri yayıb.
Xəbərdə bildirilir ki, hakim Sosial-Demokrat İşçi Partiyası artıq ölkənin Şimali Atlantika Alyansına daxil olması məsələsini razılaşdırıb. Mənbənin məlumatına görə, ərizə NATO-nun 29-30 iyun tarixində Madriddə keçiriləcək sammitində təqdim ediləcək.
Aprelin 13-də İsveç hökuməti bəyan edib ki, NATO-ya daxil olmaq məsələsi ilə bağlı referendum keçirməyi planlaşdırmır. Hakimiyyətin fikrincə, yerli sakinlərin bu məsələ ilə bağlı fikirləri İsveç mətbuatında yetərincə yaxşı əks edilib. Mart ayında əhalinin 46 %-i NATO-ya daxil olmaq tərəfdarı olduğunu bildirib, 30% isə bu ideyanı dəstəkləməyib.
“Tayms” nəşri də İsveç ilə Finlandiyanın bu ilin iyun ayında NATO-ya daxil olmaq niyyətində olduğunu yazmışdı.
Hürr Tərcüman