KİV: "Mahmud Abbas Baydenlə söhbətdən imtina edib"
2023-10-20 11:13:36
Hurriyyet.az xəbər verir ki, İsrailin “Kan” adlanan dövlət radiosunun məlumatına görə, ABŞ Prezidentinin oktyabrın 18-də İsrailə səfəri zamanı Fələstin dövlərinin Prezidenti Mahmud Abbas Cozef Baydenlə telefonla danışmaqdan imtina edib. “Kan” radiosuna bu barədə məlumatı vəziyyətdən xəbərdar olan mənbə - Fələstin liderinin İordan çayının Qərb Sahilində, Ramalla şəhərində yerləşən administrasiya mərkəzinin əməkdaşı verib.
Radiostansiyanın məlumatına görə, ABŞ administrasiyasının təmsilçiləri oktyabrın 18-də iki lider arasında telefon əlaqəsi yaratmağa cəhd ediblər. Lakin Mahmud Abbas bu təklifdən imtina edib.
Hürr Tərcüman