KİV: Noyabrın 16-da Borrel İsrailə həmrəylik səfəri edəcək
2023-11-13 15:46:49
Hurriyyet.az xəbər verir ki, “Yedinot Ahronot” qəzetinin əlumatına görə, Avropa İttifaqı diplomatiyasının başçısı Jozep Borrel noyabrın 16-da İsrailə həmrəylik səfəri edəcək. Borrel İsrail Prezidenti İshaq Hersoq və XİN rəhbəri Eli Kohen ilə görüşməyi planlaşdırır.
Avropa diplomatiyasının başçısının Qəzza sektoruna səfər edəcəyi, orada israilli girovların ailələri ilə görüşəcəyi də gözlənilir.
Nəşrin yazdığına görə, Borrelin dəfələrlə müraciət etməsinə baxmayaraq, ötən il İsrail iqtidarı onun ölkəyə səfər eləməsinə icazə verməyib.
Hürr Tərcüman