📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

KİV: Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb

2025-05-10 10:33:17

KİV: Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb

Pakistan ordusu Pəncabın Bxatinda aerodromunu, Cammu və Kəşmirin Akxnur bölgəsindəki aviabazaları məhv edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı ordunun ictimaiyyətlə əlaqələr bölməsi yayıb.

Qeyd edək ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Qonşu dövlətin təcavüzünə cavab olaraq, Pakistan hökuməti genişmiqyaslı “Bənyan ul-Marsus” (“Qurşunla örtülmüş divar”) hərbi əməliyyatına başladığını elan edib.

Axar.az