📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kiyev: "Bayraqdar" bizimdir və istifadə haqqımız var!

2021-11-01 11:23:00

Kiyev:

Ukrayna Donbasda "Bayraqdar" pilotsuz uçuş aparatından istifadə etməklə Minsk razılaşmalarını pozmur.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri, Donbas üzrə üçtərəfli təmas qrupunda nümayəndə heyətinin mətbuat katibi Aleksey Aretoviç deyib.

"Biz çox vacib bir şeyi aydın başa düşməliyik ki, Minsk razılaşmaları xarici pilotsuz təyyarələrdən istifadənin qadağan olunduğunu göstərir. Ukrayna Silahlı Qüvvələrində xidmət edən pilotsuz təyyarələr isə heç bir halda xarici deyil. Vəssalam", - deyə o, bildirib.

Qeyd edək ki, bundan öncə də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu müxtəlif ölkələrə satılan “Bayraqdar” PUA-larının artıq Türkiyənin hesab edilmədiyini söyləmişdi.