Kiyev Donbas nümayəndələri ilə danışıqlara hazırdır
2022-02-03 15:39:00
Kiyev Donbas üzrə üçtərəfli təmas qrupu ilə İstanbulda, eləcə də başqa yerlərdə danışıqlara hazırdır, lakin bunun üçün qarşı tərəfin razılığı lazımdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
Reznikovun sözlərinə görə, Türkiyə prezidenti açıq şəkildə belə bir təkliflə çıxış edib və danışıqlar platformasının İstanbula köçürülməsilə ilə bağlı Kiyevlə məsləhətləşmələr aparılıb.
Qeyd edək ki, rəsmi Kiyev indiyə kimi Donbasla bağlı aparılan danışıqlarda dördüncü tərəfi – separatçı qurumların nümayəndələrinin danışıqlarda iştirak etməsinə qarşı çıxırdı. Keçmiş prezident Pyotr Poroşenkoya da bir vaxtlar bununla bağlı təzyiqlər edilsə də, o da separatçıların danışıqlar masasına oturmasına razılaşmamışdı.
Axar.az