📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kiyev əhalisi geri qayıdır? Qərargahdan xəbərdarlıq - Video

2022-04-02 12:56:00

Kiyev əhalisi geri qayıdır? Qərargahdan xəbərdarlıq - Video

İnsanların öz şəhərlərinə qayıtmasından söhbət getmir. Bu, həqiqətən çox təhlükəlidir. Biz dayanmırıq, Kiyev vilayətinin sakinləri üçün 7/24 işləyirik. Bir az gözləmək lazımdır.

Hurriyyet.az xəbər verir ki, bunu Kiyev vilayətinin Humanitar Qərargahının rəhbəri Aleksey Kuleba bildirib.

“Vurğulamaq istəyirəm ki, istənilən iş yalnız hərbi qulluqçular tərəfindən işğaldan azad edilmiş ərazilərin - yollar, körpülər və digər infrastruktur obyektlərin tam təmizlənməsindən sonra mümkündür”, - Qərargah rəhbəri qeyd edib.

Xatırladaq ki, Rusiya ordusunun Kiyev vilayətindən Donbasa çəkildiyi haqda məlumatlar yayılıb.