📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kiyev ərazilərin 20 faizindən imtina edəcək"

2025-04-22 10:55:55

Hurriyyet.az xəbər verir ki, "Nyu-York Post" nəşri adı ABŞ administrasiyasındakı yüksək vəzifəli məmura istinadla rəsmi Kiyevin Ukrayna ərazilərinin 20 faizə qədərindən imtina etməyə hazır olduğunu yazıb. Bunun hələlik "de-yure" yox, "de-fakto" tanınmaq demək olacağı bildirilir.
Qəzet yazır:  "Məmur söyləyib ki, görünür Ukrayna ərazilərinin 20%-dən imtina etməyə hazırdır. Hələlik bu, ərazilərin "de-yure" yox, "de-fakto" tanınması demək olacaq".
Adının çəkilməsini istəməyən məmurun verdiyi xəbərə görə, Kiyev təmsilçiləri ötən həftə, Amerika nümayəndələri ilə danışıqlar zamanı razılaşmanın "ərazilər"ə aid hissəsi ilə əlaqədar xüsusilə narahat olubmuşlar. Həmin ərazilərdə Rusiyanın tərkibinə daxil edilmə məsələsi ilə əlaqədar qondarma referendumlar keçirilib.
Hürr Tərcüman