📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kiyev kütləvi raket və PUA hücumuna məruz qalıb

2026-02-12 09:30:34

Kiyev kütləvi raket və PUA hücumuna məruz qalıb

Kiyev kütləvi raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücuma məruz qalıb.

APA xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi Kiyev meri Vitali Kliçko və şəhər hərbi administrasiyasının nümayəndəsi Timur Tkaçenkonun "Telegram" kanallarına istinadla məlumat yayıb.

Məlumata görə, paytaxtın bir neçə rayonunda zərbələr qeydə alınıb.

Son məlumata əsasən, iki nəfər xəsarət alıb.

Kiyev şəhər hərbi administrasiyası saat 05:19-da paytaxt üçün təhlükənin aradan qalxdığını açıqlayıb.

Hava hücumu təhlükəsi 3 saat 4 dəqiqə davam edib.

Qeyd edək ki, Kiyev və bir sıra vilayətlərdə ballistik silah tətbiqi təhlükəsi ilə əlaqədar hava həyəcanı elan olunmuşdu.